SON DƏQİQƏ

Ukraynadan Rusiyaya böyük zərbə

Tarix:

19-08-2022, 08:18

/ 1 902 dəfə oxundu.
Ukraynadan Rusiyaya böyük zərbə

18 avqust axşam saatlarında Krımda, Sevastopolun şimal-qərbindəki Rusiyanın Belbek aviabazası ərazisində partlayış baş verib.

Bu barədə Teleqram kanalları məlumat yayıb.

Şahidlər Belbek aerodromunda partlayışlar olduğu, Rusiya FHN-çilərinin əraziyə yollandığını bildiriblər.

Sosial şəbəkədə yayılan videoda yanğın və partlayışlar olduğu görünür, həyəcan siqnalının işlədiyi eşidilir.

Sevastopolun "qubernatoru” Mixail Razvojayev Belbok səmasında PUA vurulduğunu bildirib. Onun sözlərinə görə, tələfat yoxdur.

Yerli sakinlərin sözlərinə görə, bu partlayışın ardınca daha bir neçə partlayışlar baş verib.

скачать dle 12.1

Şərhlər