
Somalinin paytaxtı Moqadişoda silsilə partlayışlar baş verib.
Bu barədə Somali Daxili İşlər Nazirliyi məlumat yayıb.
Partlayışlar nəticəsində azı 5 nəfər həlak olub, daha 16 sakin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hücuma görə məsuliyyəti "Aş-Şabab” terror təşkilatı üzərinə götürüb. Silahlılar iki minalanmış maşından istifadə edərək altı partlayış törətdiklərini bildiriblər.