SON DƏQİQƏ
» » İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

Tarix:

10-08-2022, 20:41

/ 1 338 dəfə oxundu.
İran gəmisi Qırmızı dənizdə hücuma məruz qaldı

İrana məxsus gəmi Qırmızı dənizdə bir neçə yüngül katerin hücumuna məruz qalıb.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin hərbi əməliyyatlar idarəsinin rəis müavini, kontr-admiral Mustafa Tacəddini deyib.

Onun sözlərinə görə, Qırmızı dənizdə missiyada olan "Camaran” esminesinin başçılıq etdiyi müşayiət qrupu ötən gecə həmin dənizdə İran gəmisinə yardım çağırışı ilə bağlı mesaj aldıqdan sonra göstərilən əraziyə gedib. Gəmi əraziyə çatdıqdan sonra hücum qayıqları ilə döyüşə girib.

O əlavə edib ki, müşayiət qrupunun effektiv tədbirləri sayəsində qarşı tərəf geri çəkilib.

скачать dle 12.1

Şərhlər