SON DƏQİQƏ

Rusiya İran üçün casus peyki buraxacaq

Tarix:

5-08-2022, 08:23

/ 1 180 dəfə oxundu.
Rusiya İran üçün casus peyki buraxacaq

Avqustun 9-da Rusiya İranın "Xəyyam” peykini Baykonur kosmodromundan orbitə çıxaracaq ki, bu da Tehrana Yaxın Şərqdəki hərbi hədəfləri izləməyə kömək edəcək.

Bu barədə "The Washington Post"un Amerika kəşfiyyatına istinadən məlumat yayıb.

İlk bir neçə ay ərzində bu peyk Rusiya hərbçilərinin sərəncamında olacaq və onlar ondan Ukrayna ərazisində xüsusi hərbi əməliyyatlar zonasında vəziyyətə nəzarət etmək üçün istifadə edəcəklər.

 

Amerika kəşfiyyat xidmətindəki mənbə nəşrə izah edib ki, peyk yüksək ayırdetmə qabiliyyətinə malik kameraya malikdir, lakin bu qurğu öz taktiki və texniki xüsusiyyətlərinə görə Amerika və İsrail kəşfiyyat peyklərindən geri qalır.

Həmçinin bildirilir ki, Vaşinqton İranın kosmik proqramını necə inkişaf etdirdiyini diqqətlə izləyir. ABŞ hesab edir ki, İran peyki İsraili və Fars körfəzinin ərəb ölkələrini izləmək üçün istifadə olunacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ