SON DƏQİQƏ

Putin və Paşinyan nəyi müzakirə edib

Tarix:

2-08-2022, 18:36

/ 1 195 dəfə oxundu.
Putin və Paşinyan nəyi müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər:

"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə edilib".

Məlumatda qeyd edilib ki, Putin və Paşinyan müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ