Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.
"Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıqlar zamanı Suriyadakı vəziyyət, həmçinin Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə edilib”, – Türkiyə Prezidentinin ofisindən qeyd ediblər.
Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya nümayəndə heyətinin taxıl məsələsini müzakirə etmək üçün Türkiyəyə səfər edə biləcəyini bildirmişdi