SON DƏQİQƏ
» » Conson istefa verdi- Bundan sonra milyonlar qazanacaq

Conson istefa verdi- Bundan sonra milyonlar qazanacaq

Tarix:

8-07-2022, 19:49

/ 1 681 dəfə oxundu.
Conson istefa verdi- Bundan sonra milyonlar qazanacaq

Boris Conson Britaniyanın Baş naziri postunu tərk etdikdən sonra gəlirini xeyli artıracaq, çıxışlardan və kitablardan milyonlarla funt-sterlinq qazanacaq.

 

"The Times” qəzeti bu barədə Boris Consonun bioqrafı Endryu Himsona istinadla məlumat yayıb.

 

Consonun sələfləri postlarını tərk etdikdən sonra korporativ tədbirlərdə çıxışlarına görə yüksək məbləğdə qonorar alıblar.

 

Belə ki, 2016-2019-cu illərdə Böyük Britaniyanın Nazirlər Kabinetinə rəhbərlik etmiş Tereza Mey son üç il ərzində Seul və Kopenhagen də daxil olmaqla, müxtəlif paytaxtlarda çıxış edərək 2,1 milyon funt sterlinq (2,5 milyon dollar) qazanıb.

 

2019-cu ildə Boris Conson xarici işlər naziri vəzifəsini tərk etdikdən sonra (2016-2019) Hindistanda çıxışına görə 122 min 900 funt-sterlinq qonorar alıb. Bundan öncə o, "The Daily Telegraph” qəzetinin icmalçısı kimi ildə 275 min funt-sterlinq gəlir əldə edib.

 

Boris Conson 2015-ci ildə ingilis şairi və dramaturqu Uilyam Şekspirin "Şekspir: Dahinin sirri” adlı tərcümeyi-halı üçün "Hodder & Stoughton” nəşrındən 88 min funt sterlinq (104 800 dollar) avans alıb. Ümumilikdə isə müqavilənin dəyəri yarım milyon funt-sterlinq (595 milyon dollar) təşkil edib. Tərcümeyi-halın 2016-cı ildə dahi şairin ölümünün 400-cü ildönümü ilə üst-üstə düşməsi nəzərdə tutulurdu, lakin müəllif xarici işlər naziri təyin olunduqdan sonra sifarişçilər nəşri təxirə salmağa razılıq verib.

 

Consonun "Hodder & Stoughton” üçün yazdığı başqa bir kitab - Uinston Çörçillin tərcümeyi-halıından bəhs edən "Çörçill faktoru: Bir insan tarixi necə yaradıb” (2014) adlı kitabı birmənalı qarşılanmasa da, bestsellerə çevrilib.

 

Xatırladaq ki, iyulun 7-də Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkar partiyanın lideri vəzifələrini tərk etmək qərarına gəldiyini açıqlayıb. O, yeni seçkilərə qədər hökumətə və partiyaya rəhbərlik edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ