SON DƏQİQƏ

ABŞ bu dəvətdən niyə çəkinir?

Tarix:

25-06-2022, 11:01

/ 1 935 dəfə oxundu.
ABŞ bu dəvətdən niyə çəkinir?

BRİKS assosiasiyası Rusiya prezidenti Vladimir Putini çıxışa dəvət etməklə ABŞ-ı məyus edib.

Bu barədə Amerikanın "The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

İyunun 23-24-də Çində 14-cü dəfə qeyri-rəsmi BRİKS assosiasiyasının sammiti keçirilib. Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə tədbirdə iştirak edib. ABŞ nəşrinin müxbiri Ceyms Areddi qeyd edib ki, Çin prezidenti Si Cinpin Putini "ən böyük səhnə” ilə təmin edib və bu, Rusiyanı dünya səhnəsindən təcrid etmək istəyən ABŞ-ı təşvişə salıb.

"Cənab Putinin iştirakı Rusiyanın dünyanın müxtəlif bölgələri üçün strateji əhəmiyyətini bir daha göstərdi. Eyni zamanda bəzi əsas ölkələrin Qərbin ticarət boykotuna qoşulmaq istəmədiyini nümayiş etdirdi. BRİKS qrupu dünyanın ən çox əhalisi olan 10 ölkəsindən dördünü, eləcə də 15 ən böyük iqtisadiyyatdan dördünü təmsil edir”, – deyə jurnalist bildirib.

ABŞ ən şox məyus edən isə BRİKS-in Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını pisləməməsi, lakin Moskva ilə Kiyev arasında danışıqlara dəstək verən yekun bəyannamə qəbul etməsi olub. Areddinin sözlərinə görə, bu, Vaşinqton üçün pis xəbərlərdən birincisi idi.
"BRİKS sammiti gələn ayın əsas siyasi hadisələrindən sadəcə biridir və bu, Ukraynadakı münaqişənin ABŞ və müttəfiqlərindən fərqli olaraq bəzi ölkələr üçün əsas məsələ olmadığını nümayiş etdirir”, – deyə jurnalist fikirlərini yekunlaşdırıb.

Rusiyalı politoloq Mixail Litvinov isə BRİKS-in tədbirini "Economics Today”a şərh edərkən bunları deyib: "Heç kim Qərbə baxmır və ondan sərvət gözləmir. İllüziyalar arxada qalıb və maraqlı ölkələr davamlı inkişafın yeni tarixini yazmaq üçün bir araya gəlirlər”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ