SON DƏQİQƏ

Borrell gözlənilmədən İrana səfər etdi

Tarix:

24-06-2022, 14:37

/ 970 dəfə oxundu.
Borrell gözlənilmədən İrana səfər etdi

AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell İranın nüvə razılaşması kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasına qayıtmaq üçün davam edən səylər çərçivəsində iyunun 24-25-də Tehrana səfər edəcək.

Bu barədə AB Xarici İşlər Xidməti məlumat yayıb.

Məlumata görə, Borrell xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər iranlı həmkarları ilə görüşlər keçirəcək.

Danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də sanksiyaların ləğvi ilə bağlı vəziyyət müzakirə olunacaq.

скачать dle 12.1

Şərhlər