SON DƏQİQƏ

Zelenski Rusiyanın itkilərini açıqladı

Tarix:

13-06-2022, 08:13

/ 1 129 dəfə oxundu.
Zelenski Rusiyanın itkilərini açıqladı

İyun ayında Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində deyib.

Onun sözlərinə görə, Rusiya döyüşlərdə təcrübəsiz çağırışçılardan istifadə etməyi planlaşdırır.

"Rusiya ordusu Donbasa ehtiyat qüvvələr göndərməyə çalışır. Bəs onların indi hansı ehtiyatları ola bilər? Görünür, zəif təlim keçmiş çağırışçıları və gizli səfərbərlik zamanı toplananları döyüşə atmağa çalışacaqlar".

Zelenskinin fikrincə, bu cür zərər Rusiya üçün görünməmiş olacaq.

Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi hesabatında Rusiyanın ehtiyatda olanlar və yeni çağırışçıları hücumu gücləndirmək üçün Ukraynaya gətirəcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ