İtaliyada göyərtəsində 7 nəfərin olduğu helikopter Toskana və Emiliya-Romanya regionları arasında radarlardan itib.
Helikopterdəki şəxslərdən 4-ü Türkiyə vətəndaşıdır.
Helikopterin axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində davam etdirilir.