SON DƏQİQƏ

Aİ-dən Ukraynaya növbəti YARDIM

Tarix:

9-06-2022, 22:42

/ 1 319 dəfə oxundu.
Aİ-dən Ukraynaya növbəti YARDIM

Avropa İttifaqı Ukrayna  əhalisinə humanitar yardım göstərmək üçün daha 205 milyon avro ayırıb və Rusiyanın təcavüzündən sonra bu cür yardımın ümumi məbləğini 700 milyon avroya çatdırıb.

GunAz.az "Ukrinform”a istinadən  xəbər verir ki, bu barədə  Avropa Komissiyasının saytında məlumat dərc edilib .

 

"Ukraynada artan humanitar ehtiyacları nəzərə alaraq, Avropa İttifaqının Böhranların İdarə Edilməsi üzrə komissarı Janez Lenarçiç humanitar təşkilatlar və hökumət rəsmiləri ilə görüşmək üçün Ukraynaya səfər edir. Bununla bağlı Aİ bu gün Ukraynaya humanitar yardım üçün əlavə 205 milyon avro ayırıb.”

Qeyd olunur ki, Ukraynaya humanitar yardımın çatdırılmasında Aİ-yə üzv olan 27 dövlətin hamısı, həmçinin,  Türkiyə, Norveç və Şimali Makedoniya iştirak edib. Bu yolla Ukraynaya 38 min ton yardım, o cümlədən ilkin tibbi yardım çantası, qida, qoruyucu geyim, strateji avadanlıq elementləri – yanğınsöndürən maşınlar, mobil xəstəxanalar, elektrik generatorları çatdırılıb. Bu yardım qonşu ölkələrdə – Polşa, Rumıniya və Slovakiyada yerləşdirilən logistika mərkəzləri vasitəsilə həyata keçirilib. Aİ-nin maliyyə dəstəyi ilə Ukraynada iki humanitar sığınacaq və iki operativ logistika qrupu da yerləşdirilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ