SON DƏQİQƏ

Elon Mask Twitteri almaqdan imtina edə bilər

Tarix:

7-06-2022, 08:32

/ 1 460 dəfə oxundu.
Elon Mask Twitteri almaqdan imtina edə bilər

Twitter” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı sahibkar İlon Mask şirkəti platformadakı saxta hesablar haqqında məlumat əldə etməsinə mane olmaqda ittiham edib.

 

O, belə davam edəcəyi təqdirdə şəbəkənin səhmlərini almaqdan imtina edə biləcəyini deyib.

İş adamı qeyd edib ki, "Twitter”in bu hərəkəti müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin açıq-aşkar pozulmasıdır və o, bundan irəli gələn bütün hüquqlarını, o cümlədən əməliyyatları tamamlamamaq və birləşmə müqaviləsini ləğv etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, mayın ortalarında Mask sövdələşmənin müvəqqəti dayandırıldığını elan edib. Lakin "Twitter” əməkdaşları razılaşmanın plana uyğun davam etdiyini və onun dayandırılmasının mümkün olmadığını bəyan ediblər.

скачать dle 12.1

Şərhlər