SON DƏQİQƏ
» » İran XİN rəhbərinin Türkiyəyə səfəri niyə son anda ləğv olundu?

İran XİN rəhbərinin Türkiyəyə səfəri niyə son anda ləğv olundu?

Tarix:

6-06-2022, 20:00

/ 1 423 dəfə oxundu.
İran XİN rəhbərinin Türkiyəyə səfəri niyə son anda ləğv olundu?

İran XİN başçısının Türkiyəyə səfəri son anda ləğv edilib.

İranın təhlükəsizlik və hərbi mənbələrinə yaxın "Təsnim” xəbər saytı xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfərinin son anda təxsirə salınması barədə məlumat yayıb.

Səfər bu gün, iyunun 6-da baş tutmalı idi və bu, İbrahim Rəisi hökumətinin xarici işlər nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaqdı.

Əmir Abdullahianın Türkiyəyə qəfil səfəri xəbərini ilk olaraq Türkiyə rəsmi mediası, ardınca isə İranın rəsmi xəbər agentliyi (İRNA) yayıb.

Bildirilir ki, son aylarda İran və Türkiyə arasında, özəlliklə Suriyada bəzi bölgələrdə rəqabət güclənib. Bununla yanaşı, Türkiyə ilə İsrail arasında gərginlik xeyli azalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ