
Yunanıstanın Ankara səfiri Xristodulos Lazaris Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yunanıstan tərəfinin PKK başda olmaqla terror təşkilatlarına verdiyi maddi-mənəvi dəstək və paytaxt Afinada, Türkiyə səfirliyi yaxınlığında PKK tərəfdarlarının keçirdiyi aksiyalar səfirin diqqətinə çatdırılıb və xəbərdarlıq edilib.