SON DƏQİQƏ
» » 11 yaşlı gürcü ifaçı hərkəsi heyrətləndirdi- Video

11 yaşlı gürcü ifaçı hərkəsi heyrətləndirdi- Video

Tarix:

2-06-2022, 08:03

/ 1 485 dəfə oxundu.
11 yaşlı gürcü ifaçı hərkəsi heyrətləndirdi- Video

Gürcüstanın Birinci kanalında yayımlanan "Ranina” uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub.

Müsabiqənin iştirakçısı - Telavidən olan 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun "Aman, aman ayrılıq” mahnısını ifa edib.

Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.

Müsabiqədə 4 yaşdan 18 yaşadək olan 10 ifaçı iştirak edir. Yarımfinal iyunun 4-də keçiriləcək.

Qeyd edək ki, "Ranina” müsabiqəsi V mövsümdür keçirilir. Yarışmanın qalibi Gürcüstanı "Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edir.


скачать dle 12.1

Şərhlər