SON DƏQİQƏ

Bayden Ukraynaya dəstəkdən niyə imtina edir?

Tarix:

31-05-2022, 17:15

/ 2 403 dəfə oxundu.
Bayden Ukraynaya dəstəkdən niyə imtina edir?

Rusiya Ukrayna müharibəsi uzandıqca tərəflərin məsələyə yanaşması da dəyişir. İndi Ukrayna özü Rusiyaya hücum etmək niyyətindədir. Buna görə də Kiyev ABŞ-dan Ukraynanı MRLS və HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təmin etməsini istəyir.

Lakin  ABŞ Prezidenti Co Bayden  ABŞ-ın Ukraynaya "Rusiyaya çata biləcək qədər uzaqmənzilli” raketlər göndərəcəyi ilə bağlı iddiaları təkzib edərək bildirib ki, Rusiyanı atəşə tutmaq üçün istifadə oluna biləcək heç nə göndərməyəcəyəm. Bayden, Ağ Ev administrasiyasının Ukraynanı potensial olaraq Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli raketlərlə təmin etmək niyyətində olmadığını da əlavə edib.

 

Maraqlıdır, Baydenin belə bir addım atmasında məqsədi nədir?

Mövzu ilə bağlı danışan politoloq Fikrət Sadıxov bildirib ki, Kiyevə belə raketlərin verilməsi müharibəni daha da alovlandıra bilər:

"ABŞ Prezidenti Ukraynaya hücum edici silah vermək istəmir. Çünki heç kim Ukraynanın Rusiyanın ərazisinə raket endirməsini istəmir. Bu, Rusiya və Ukrayna arasında olan müharibəni daha da alovlandıracaq. Ona görə də Bayden Ukraynaya yalnız müdafiə üçün silah verəcəyini söyləyir”.

Politoloqun fikrincə, Qərb müharibənin tezliklə bitməsini istəyir:

"ABŞ müharibənin alovlanmasını istəmir. Bu mənada Baydeni başa düşmək olar. Ağ Ev Avropa İttifaqı ilə əlindən gələni edir ki, müharibə sona çatsın və tərəflər arasında danışıqlar başlasın. ABŞ rus qoşunlarının Ukraynadan çıxarılmasına çalışır. İndiyə kimi bu istiqamətdə bir çox işlər görülüb. Qərb Rusiyaya qarşı ağır sanksiyalar qəbul edib. İndiki halda Ukraynaya yalnız müdafiə silah sursatı verilə bilər. Çünki hücum silahlarının Kiyevə verilməsi vəziyyəti daha da qəlizləşdirə bilər”.konkret.az

скачать dle 12.1

Şərhlər