SON DƏQİQƏ

İranın gizli hesabatı üzə çıxdı

Tarix:

31-05-2022, 08:00

/ 1 169 dəfə oxundu.
İranın gizli hesabatı üzə çıxdı

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarını təxminən 1/3 dəfə artırıb.

Bu barədə "Blumberq” agentliyi MAQATE-nin hələ dərc olunmayan rüblük hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, İran uranın zənginləşdirilməsi proqramı ilə bağlı məlumatları gizlədir.

Agentliyin məlumatına görə, İran son rüb ərzində ehtiyatlarını demək olar ki, 1/3 dəfə artıraraq, 60% zənginləşdirilmiş uran toplayıb. Tehran eyni zamanda, MAQATE müfəttişlərinin monitorinqinə mane olmaqda davam edir.

Bildirilib ki, iyunun 6-da təşkilatın rəhbər şurası Vyanadakı baş qərargahında toplanacaq və burada İrana qarşı qətnamənin mümkünlüyü istisna edilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ