SON DƏQİQƏ
» » Putin Ərdoğana dedi ki, biz buna hazırıq - Kreml

Putin Ərdoğana dedi ki, biz buna hazırıq - Kreml

Tarix:

30-05-2022, 23:27

/ 1 415 dəfə oxundu.
Putin Ərdoğana dedi ki, biz buna hazırıq - Kreml

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə telefon danışığı zamanı ölkəsinin türk tərəfdaşları ilə razılaşma çərçivəsində Qara dənizdə yüklərin dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılmaqla yüklərin maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.


скачать dle 12.1

Şərhlər