SON DƏQİQƏ
» » Türkiyə TŞ-nin iclası keçirildi: Yeni əməliyyat siqnalı...

Türkiyə TŞ-nin iclası keçirildi: Yeni əməliyyat siqnalı...

Tarix:

26-05-2022, 22:24

/ 1 424 dəfə oxundu.
Türkiyə TŞ-nin iclası keçirildi: Yeni əməliyyat siqnalı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

GunAz.az xəbər verir ki, toplantı 3 saat davam edib.

Görüşdən sonra yazılı bəyanat dərc olunub. Açıqlamada sərhəd təhlükəsizliyi üçün yeni əməliyyatların aparıla biləcəyi siqnalı verilib.

Bundan yanaşı, açıqlamada qeyd edilir ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Türkiyənin həssaslıqları nəzərə alınmalıdır. Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələrə bu münasibətə son qoyulması və Türkiyənin təhlükəsizlik həssaslığının nəzərə alınması çağırışı edilib.


скачать dle 12.1

Şərhlər