SON DƏQİQƏ
» » Rusiya Polşanı vurmaq üçün bu yola əl ata bilər - Səfir

Rusiya Polşanı vurmaq üçün bu yola əl ata bilər - Səfir

Tarix:

25-05-2022, 22:24

/ 1 404 dəfə oxundu.
Rusiya Polşanı vurmaq üçün bu yola əl ata bilər - Səfir

Rusiya öz ərazisinə raket zərbələri endirməklə Polşaya qarşı təcavüzə başlaya bilər.

GunAz.az xəbər verir ki, bunu Ukraynanın Polşadakı səfiri Andrey Deşçitsa bildirib.

O təsdiqləyib ki, Polşa artıq mümkün müharibəyə hazırlaşır və bunu etməsi düzgündür:

"Çünki qədim bir deyim var: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Əgər Polşa Rusiyanın Ukraynadakı bu təcavüzkar siyasətinin nəyə gətirib çıxardığını görürsə, o zaman bunun Polşada baş verməməsi üçün hazırlaşmaq kifayət qədər vacibdir. Belə ki, Polşada Buça, İrpin və Qostomel olmasın. Ona görə də onlar buna kifayət qədər ciddi hazırlaşırlar - müdafiə qanununu yeniləyiblər, müdafiə büdcəsini artırıblar, ərazi müdafiəsinin həcmini artırıblar, ordu üçün müasir silah növləri alırlar”.


скачать dle 12.1

Şərhlər