İran Ukraynadakı böhranın həlli üçün vasitəçi olmağa hazırdır.
Bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti zamanı deyib.
"İran İslam Respublikası Ukraynadakı münaqişənin həlli üçün istənilən diplomatik cəhdləri dəstəkləyir və bu böhranın həllində vasitəçilik və yardım etməyə hazırdır”, - deyə iranlı nazir bildirib.