SON DƏQİQƏ
» » Şagirdin Azərbaycan rəqsi İranı niyə qəzəbləndirdi?- VİDEO

Şagirdin Azərbaycan rəqsi İranı niyə qəzəbləndirdi?- VİDEO

Tarix:

18-05-2022, 12:13

/ 2 329 dəfə oxundu.
Şagirdin Azərbaycan rəqsi İranı niyə qəzəbləndirdi?- VİDEO

Cənubi Azərbaycandakı məktəblərin birində azyaşlı qızın rəqsi İran hökumətinin qəzəbinə səbəb olub.

Görüntülərdə məktəbli qızın Azərbaycan mahnısının sədaları altında rəqsi əks olunub.

Bu görüntülər sosial mediada yayılandan sonra İsfahan əyalətinin "Əxlaq polisi"nin rəisi Əhməd Abdullahinejad buna Tvitter hesabında münasibət bildirib:

"Azərbaycan rəqsi insan tərbiyəsi üçün heç nə vəd etmir. Məsələnin dini və qanuni tərəfini belə bir kənara qoysaq, məktəbin müdiriyyəti nəyi harada etmək lazım olduğunu, uşaq və yeniyetmələrin tərbiyəsi ilə necə məşğul olmağı başa düşməlidirlər".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ