
Suriyada ABŞ-ın hərbi bazası yaxınlığında üç raket hücumu baş verib.
Hücum Deyr-ez-Zorda İrana bağlı silahlı qruplaşmalar tərəfindən həyata keçirilib.
Hücum zamanı hərbi bazaya zərər dəyməyib.
Fərat çayının şərqində PYD/YPG terrorçuların nəzarətində olan Deyr-ez-Zorda son günlər İrana bağlı qruplaşmların ABŞ-ın hərbi kontingentinə qarşı hücumları qeydə alınır. Bu hücumların İranın əmri ilə edildiyi və bölgədə təsir imkanlarının genişləndirilməsinə hesablandığı deyilir.
Pentaqonun sözçüsü Con Kirbi hücumun dəqiq kimlər tərəfindən edildiyi haqda məlumatsız olduqlarını açıqlayıb.//Publika.az