Rusiyanın Milli Rifah Fondundakı ümumi ehtiyatları may ayında əvvəlki ayla müqayisədə 15,3 faiz azalaraq, 11 trilyon rubla olub.
GunAz.az xəbər verir ki, bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama verib.
Açıqlamada ölkənin pensiya sistemini dəstəkləmək üçün fəaliyyət göstərən Milli Rifah Fondundakı ümumi ehtiyatların aprelin 1-i ilə müqayisədə mayın 1-də 13 trilyon rubldan 11 trilyon rubla düşdüyü bildirilir.
Sözügedən həcmin Rusiyanın ümumi daxili məhsulunun 8,3 faizinə, xarici valyutada isə 155 milyard dollara bərabər olduğu vurğulanıb.
Qeyd edək ki, Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının təxminən 630 milyard dollar dəyərində ehtiyatlarının təxminən yarısına çıxışı dondurub.