Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazırdır.
GunAz.az UNİAN-a istinadən bildirir ki, Kuleba bunu Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclasında iştirakdan sonra deyib.
"Mən Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işə başlamağa hazır olduqlarını bildirən bütün üzv ölkələri yüksək qiymətləndirirəm. Bu, ruhlandırıcıdır və Ukraynaya açıq dəstək siqnalı var idi”, – Kuleba vurğulayıb.