SON DƏQİQƏ
» » İrəvandakı aksiyalar sülh prosesinə mane olur?

İrəvandakı aksiyalar sülh prosesinə mane olur?

Tarix:

14-05-2022, 08:13

/ 2 503 dəfə oxundu.
İrəvandakı aksiyalar sülh prosesinə mane olur?

Türkiyə Ermənistanla danışıqları həm də Azərbaycanın milli təhlükəsizlik maraqları nəzərə alınmaqla, rəsmi Bakı ilə koordinasiyalı şəkildə davam etdirir.

Bu sözləri Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün aparılan danışıqları şərh edən Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri professor Məsud Özcan deyib.

Professorun sözlərinə görə, Ermənistan daxilində hazırda baş verənlər normallaşma prosesinin gedişatını çətinləşdirir:

"Türkiyə və Ermənistan arasında normallaşma prosesi üçün aparılan danışıqlar İrəvandakı iqtidara ölkə daxilindəki etirazlar və digər amillər səbəbindən yavaş və mərhələli şəkildə irəliləyir. Ermənistanda mövcud hökumətə qarşı davam edən etirazlar son zamanlar daha da kəskinləşib. Əlbəttə, bu rəsmi İrəvanın daxili işidir. Burada əsas məsələ odur ki, mitinqlər Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara, son nəticədə yekun sülh müqaviləsinin imzalanmasına, Türkiyə ilə münasibətlərin normallaşması prosesinə mane olmasın. Türkiyə əvvəldən davamlı sülhün bərqərar edilməsi üçün bütün bölgə ölkələrinin əməkdaşlığını və birgə addımların atılmasını təklif edir. Ancaq hazırda Ermənistanda davam edən mitinqlər prosesin mürəkkəbliyindən xəbər verir. İndiyədək Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələr səviyyəsində danışıqların üç raundu keçirilib. Bu belə öz-özlüyündə danışıqların gələcəyinə ümidləri artırır. Ancaq bütün hallarda danışıqlar zamanı hər detalı nəzərə almalıyıq”.

скачать dle 12.1

Şərhlər