SON DƏQİQƏ

Pakistanda partlayış olub- Ölən və yaralanan var

Tarix:13-05-2022, 09:23 Oxunub:1 937

Pakistanın cənubunda, Karaçi şəhərində törədilən partlayış nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Bu barədə Sind əyalətininin rəhbərliyi bildirib.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Bildirilib ki, hadisə naməlum şəxslərin motoskletə quraşdırılan partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Pakistan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç bir partlayışın məsuliyyətinin üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<