
Əfqanıstanın hakim Taliban hərəkatı ölkə ərazisində bütün qadınların hicab taxmasının məcburi olduğunu rəsmən elan edib.
Qərara əsasən dövlət idarəsində çalışan və hicab taxma qaydalarına əməl etməyən qadın vəzifələrindən kənarlaşdırılacaq.
Həmçinin dövllət qurumunda vəzifə tutan, arvadı, yaxud qızı hicab taxmayan kişilər də işdən qovulmaq təhlükəsi ilə üzləşəcək.