SON DƏQİQƏ
» » Türkiyə və Qazaxıstan yeni istehsalata başlayır

Türkiyə və Qazaxıstan yeni istehsalata başlayır

Tarix:

11-05-2022, 20:45

/ 3 215 dəfə oxundu.
Türkiyə və Qazaxıstan yeni istehsalata başlayır

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər aviasiya vasitələrinin istehsalını həyata keçirən "Tusaş" şirkəti ilə Qazaxıstan Mühənsizlik şirkəti arasında müqavilə imzalanıb.

Bu barədə Türkiyə şirkətinin mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən Qazaxıstanda "Anka" adlı PUA-lar istehsal ediləcək.

PUA-ların birgə istehsalı ilə yanaşı onların texniki xidmət və təmir proseslərinin də həyata keçiriləcəyi bildirilir.

Qazaxıstan ötən il Türkiyə ordusunun istifadə etdiyi "Anka" zərbə PUA-larını satın alıb. 

Gecə və gündüz saatlarında taktiki kəşfiyyat və müşahidə apara bilən Türkiyə istehsalı PUA-lar daşıdığı sursatlarla tankları, zirehli maşınları və digər hərbi texnikaları məhv edə bilir. 30 saat havada qala bilən PUA-lar bundan əvvəl Tunisə satılıb.Modern.az

скачать dle 12.1

Şərhlər