SON DƏQİQƏ
» » “Qərb dövlətləri Avropanın təhlükəsizliyini öz əllərinə almalıdır” – Çin rəhbərindən AÇIQLAMA

“Qərb dövlətləri Avropanın təhlükəsizliyini öz əllərinə almalıdır” – Çin rəhbərindən AÇIQLAMA

Tarix:

10-05-2022, 22:05

/ 1 369 dəfə oxundu.
“Qərb dövlətləri Avropanın təhlükəsizliyini öz əllərinə almalıdır” – Çin rəhbərindən AÇIQLAMA

"Çin regionda təhlükəsizliklə bağlı vəziyyəti öz əlinə almaqda Avropanı dəstəkləyir”.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin rəhbəri Si Cinpin Fransa prezidenti Emmanuel Makronla söhbətində deyib. O, Qərb ölkələrini Avropanın təhlükəsizliyini öz əllərinə almağa çağırıb.

 

Telefon danışığı zamanı dövlət başçıları bütün tərəflərin Moskva və Kiyev arasında sülh danışıqlarına töhfə verməli olduğunu vurğulayıblar.

"Çin həmişə barışığa və danışıqlara çağırıb. Qərb ölkələrini Avropada təhlükəsizliklə bağlı vəziyyəti öz əllərinə almağa dəstək olub” – Si Cinpinq bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Aİ diplomatı Josep Borrell İttifaqın özünün müdafiə sistemi yaratması zərurəti haqda fikir səsləndirmişdi. Bu zərurətin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra yarandığına diqqət çəkmişdi.


скачать dle 12.1

Şərhlər