SON DƏQİQƏ

İran Türkiyənin bu planına qarşıdır?

Tarix:

10-05-2022, 17:17

/ 2 294 dəfə oxundu.
İran Türkiyənin bu planına qarşıdır?

Türkiyənin sərhəd bölgələrindəki su ehtiyatları üzərində bənd inşası planlarına qarşıyıq. Dost və qardaş ölkəmiz Türkiyənin bənd inşaatı sahəsində regionun ətraf mühiti şəraitini pisləşdirəcək, xalqımız və bölgəmiz üçün problem yaradacaq, digər tərəfdən ölkəmizə daxil olan suyun miqdarına mənfi təsir göstərəcək tədbirləri görməsi qəbuledilməzdir.

Bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Tehranla Ankara arasında su əməkdaşlığına dair razılaşma olmamasına baxmayaraq, son dörd ayda məsləhətləşmələr aparılıb. Bu istiqamətdə birgə su komitəsinin qurulması planlaşdırılır", - Abdullahian bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ