SON DƏQİQƏ

Almaniyadan Ukrayna ilə bağlı maraqlı addım

Tarix:

7-05-2022, 20:22

/ 2 443 dəfə oxundu.
Almaniyadan Ukrayna ilə bağlı maraqlı addım

Berin polisi 8-9 may tarixində keçiriləcək anım mərasimlərində Ukraynanın dövlət bayrağından istifadəni qadağan edib

Almaniyanın bu addımı Ukrayna tərəfindən etirazla qarşılanıb.

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Berlin polisinin bayraq qadağasını "Ukrayna xalqının üzünə vurulmuş şillə” kimi qiymətləndirib.

Xatırladaq ki, Berlin polisi anım tədbirləri ilə bağlı xəbərdarlıq mesajı yayıb. Bildirilib ki, bu günlərdə hərbi abidələrin ərazisində Rusiya və Ukrayna bayraqlarının, georgi lentlərinin, latın hərflərinin V və Z təsvirlərinin nümayiş etdirilməsi, hərbi geyimlər geyinilməsi, hərbi mahnıların səsləndirilməsi qadağandır. Qaydalar iki gün müddətində qüvvədədir, istisnalar diplomatik nümayəndə heyətləri və veteranlara şamil edilir.

скачать dle 12.1

Şərhlər