
Çinin mərkəzi hissəsində, Çanşa şəhərində 6 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə, dağıntılar altında 10 nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanalara yerləşdirilib.