SON DƏQİQƏ
» » 310 əsgəri və 36 texnikanı məhv etdik - Rusiya MN

310 əsgəri və 36 texnikanı məhv etdik - Rusiya MN

Tarix:

4-05-2022, 22:21

/ 1 366 dəfə oxundu.
310 əsgəri və 36 texnikanı məhv etdik - Rusiya MN

Rusiya aviasiyası gün ərzində Ukrayna qoşunlarının canlı qüvvəsinin cəmləşdiyi 97 əraziyə zərbə endirib.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Gün ərzində beş artilleriya batareyası, Mirnaya Dolina ərazilərində üç sursat anbarı, eləcə də Popasnaya qəsəbəsi ərazisində ABŞ istehsalı olan əks batareya radarı Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri ilə məhv edilib", - o deyib.

Konaşenkov qeyd edib ki, Rusiya ordusu canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 77 ərazini vurub. Nəticədə 310 ukraynalı hərbçi ölüb və 36 ədəd hərbi texnika məhv edilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ