SON DƏQİQƏ

Ərdoğan Rəisi ilə nəyi müzakirə etdi?

Tarix:

2-05-2022, 20:15

/ 2 188 dəfə oxundu.
Ərdoğan Rəisi ilə nəyi müzakirə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Məlumatı İRNA agentliyi yayıb.

Prezidentlər telefon danışığı zamanı Fələstində baş verən son prosesləri müzakirə edib.

Rəisi bəyan edib ki, İranın siyasəti region ölkələri, xüsusilə Türkiyə ilə genişmiqyaslı əlaqələri inkişaf etdirməkdir.

Ərdoğan isə öz növbəsində Tehrana səfər etmək istədiyini bildirib:

"Türkiyə bu səfərdə ikitərəfli ticarət əlaqələrini inkişaf etdirmək, həmçinin beynəlxalq və regional hadisələrlə bağlı lazımi koordinasiyaları həyata keçirmək, eyni zamanda məsləhətləşmələr aparmaq istəyir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ