SON DƏQİQƏ
» » Türkiyə-Ermənistan nümayəndələri nə vaxt görüşəcək?

Türkiyə-Ermənistan nümayəndələri nə vaxt görüşəcək?

Tarix:

28-04-2022, 20:05

/ 1 407 dəfə oxundu.
Türkiyə-Ermənistan nümayəndələri nə vaxt görüşəcək?

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.

2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ