
Ermənistan Baş Prokurorluğu Paşinyanın dövlətə xəyanətdə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini tələb edib.
Ermənistan Baş Prokurorluğu Qarabağda öldürülən erməni əsgərlərin yaxınlarının tələbini baxılması üçün istintaqa göndərib.
Belə ki, Baş nazir Nikol Paşinyanın Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən dövlətə xəyanətdə təqsirləndirilərək məsuliyyətə cəlb edilməsi tələb olunur.
Bir müddət əvvəl Ermənistanın baş prokuroru Artur Davtyan bildirib ki, Paşinyana qarşı qaldırılan bu şikayət ayrıca icraata götürülməməli, 2021-ci ildə keçmiş prezidentin ifadəsi əsasında başlanmış cinayət işinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
Ermənistan baş naziri Nikol Paşinytana CM-nin aşağıdakı bəndləri ilə ittiham irəli sürülməsi tələb olunub:
– 299-cu maddənin 1-ci hissəsi (dövlətə xəyanət),
– 308-ci maddənin 2-ci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə),
– 309-cu maddənin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə).