SON DƏQİQƏ

Rusiya-Ukrayna müharibəsində son durum

Tarix:

27-04-2022, 11:38

/ 2 319 dəfə oxundu.
Rusiya-Ukrayna müharibəsində son durum

İşğalçılar Belqorod vilayətindən İzyum şəhərinə 79-cı desant-hücum diviziyasının tərkibindən iki taktiki alay qrupu göndəriblər.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, İzyum istiqamətində Şərq Hərb Dairəsinin 1-ci tank ordusu, 20-ci əlahiddə ümumqoşun ordusu, Qərb Hərb Dairəsinin 35-ci əlahiddə ümumqoşun ordusu və 68-ci ordu korpusu ilə hava desant qoşunlarının bölmələri hücum əməliyyatları aparır.

"Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq hissəsini ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb”, - məlumatda qeyd olub.

скачать dle 12.1

Şərhlər