SON DƏQİQƏ

Erməni deputatdan ŞOK AÇIQLAMA

Tarix:

21-04-2022, 13:13

/ 1 894 dəfə oxundu.
Erməni deputatdan ŞOK AÇIQLAMA

Qarabağın Azərbaycandan kənarda olması ilə bağlı qoyduğumuz ilkin şərt səhv idi”.

Bu sözləri hakim "Mülki müqavilə” partiyasının üzvü, deputat Vigen Xaçatryan deyib.

"Biz status məsələsini deyil, statusdan sonrakı təhlükəsizlik məsələsini qabağa çəkməliydik. İnsanlar mənim açıqlamalarımı istədikləri kimi şərh edirlər. Mən demirəm ki, keçmişdə yanılmışıq, deyirəm ki, indi belə çıxır ki, biz səhv o vaxtı etmişik. Bunlar fərqli-fərqli şeylərdir. Ona görə yox ki, o zaman bunun səhv olduğunu bildim və susdum. İndi düşünürəm ki, 30 ildən sonra keçmiş təcrübəmizdən nəticə çıxarmalıyıq ki, gələcəkdə indi etdiyimiz səhvlərimizi təkrarlamayaq.

Bizim məqsədimiz "Artsax” ermənilərinin təhlükəsiz və dinc yaşamalarıdır. Lakin məncə, indiki məqamda bunu təsəvvür etmək çətindir. Amma bunu ön plana çəkmək lazım deyil, çünki belə olan halda sualınızla razılaşmadığım ortaya çıxacaq.

Biz hazırda Azərbaycan-Türkiyə tandeminə qarşı tək qalmışıq, çünki bizim ən yaxın müttəfiqimiz olan Rusiya "Artsax”ın Azərbaycan ərazisi olduğunu iddia edir”. 

скачать dle 12.1

Şərhlər