SON DƏQİQƏ

Putin və Paşinyan 6 sənəd imzaladı

Tarix:

20-04-2022, 08:10

/ 1 200 dəfə oxundu.
Putin və Paşinyan 6 sənəd imzaladı

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə 6 sənəd imzalanıb.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

İmzalanan 6 sənəd aşağıdakılardır:

- Ermənistan Əmək və Sosial İşlər Nazirliyi ilə Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Əməkdaşlıq Memorandumu;

- Ermənistan Ədliyyə Nazirliyinin İcra Xidməti ilə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı;

- Enerji və qeyri-enerji layihələri sahəsində Ermənistan-Rusiya əməkdaşlığının hərtərəfli proqramı;

- Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Departamenti ilə Ermənistan Qida Təhlükəsizliyinə Nəzarət arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyası haqqında protokol;

- Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Rusiya Mədəniyyət Nazirliyi arasında 2022-2025-ci illər üçün Mədəni Əməkdaşlıq Proqramı;

- Ermənistan Ədliyyə Nazirliyi ilə Rusiya Ədliyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ