SON DƏQİQƏ

Paşinyanın Rusiyaya səfəri başladı

Tarix:

19-04-2022, 12:29

/ 1 851 dəfə oxundu.
Paşinyanın Rusiyaya səfəri başladı

Ermənistanın baş naziri Rusiyaya iki günlük rəsmi səfərə gəlib.

Baş naziri Nikol Paşinyanı hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıblar.

 

Səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək. İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Eyni zamanda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar, eləcə də 2021-ci il 26 noyabr tarixlərində imzaladıqları üçtərəfli bəyanatlarının icra prosesi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və  Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək. Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.

скачать dle 12.1

Şərhlər