SON DƏQİQƏ
» » İran ordusunun generalı Azərbaycanı təhdid etdi

İran ordusunun generalı Azərbaycanı təhdid etdi

Tarix:

18-04-2022, 16:07

/ 2 454 dəfə oxundu.
İran ordusunun generalı Azərbaycanı təhdid etdi

İran ordusunun generalı ad çəkmədən Azərbaycanı təhdid edən çıxış edib.

İran ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumərs Heydəri qonşu ölkələrdən biri haqqında hədə ilə danışıb və ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən dilə gətirib.
General Heydəri Qarabağ müharibəsi zamanı İsrailin "qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərdiyini” və "regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırdığını” deyib.

 

"Mühüm və strateji şimal-qərb bölgəsində baş verən Qarabağ müharibəsi zamanı (2020-ci ildə 44 günlük müharibə) İranın Ali Baş Komandanının əmri ilə əldə etdiyimiz məlumatlara görə, "qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırıb. Həmin vaxt İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirirdi. Biz iki vacib və strateji şərt irəli sürdük: birincisi, biz regionun geosiyasətində dəyişikliklərə imkan vermərik. İkincisi, sionist rejimin əlaltıları bölgəni tərk etməlidirlər. Biz ərazidə qaldıq və bu iki şərt yerinə yetirildi”, – deyə Heydəri bildirib.konkret.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ