SON DƏQİQƏ
» » Rusiya rəsmisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından DANIŞDI

Rusiya rəsmisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından DANIŞDI

Tarix:

13-04-2022, 22:24

/ 1 358 dəfə oxundu.
Rusiya rəsmisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından DANIŞDI

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları təşkil edir”.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

O, ötən həftə Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə məlum bəyanatların həyata keçirilməsi ilə bağlı olan bütün kompleks məsələləri müzakirə etdiyini xatırladıb:

"Bu mövzu aprelin 8-də Moskvada Rusiya və Ermənistan XİN başçılarının danışıqlarında, eləcə də Rusiya xarici işlər nazirinin azərbaycanlı həmkarı ilə telefon danışığı zamanı da diqqət mərkəzində olub. Bu təmaslarda əsasən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələlərinə toxunulub. Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər cür köməyi etməyə davam edəcək”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ