SON DƏQİQƏ

İrandan Rusiyaya DƏSTƏK

Tarix:

12-04-2022, 11:40

/ 1 769 dəfə oxundu.
İrandan Rusiyaya DƏSTƏK

Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan sursat və hərbi texnika alır.

Bunu İngiltərənin "Qardian” qəzeti yazıb.

Məlumata görə, Braziliya istehsalı olan RPQ və tank əleyhinə raketlər, Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəş sistemləri İraqdan Rusiyaya göndərilib.

Nəqliyyatın təşkilində kömək edən mənbənin sözlərinə görə, Tehran hakimiyyəti Moskvaya S-300-ə bənzəyən, İran istehsalı olan Bavar-373 raket kompleksini də bağışlayıb.

"Yeni sanksiyaların tətbiqindən sonra Moskva Suriyadakı hərbi müttəfiqi İrana söykənmək məcburiyyətində qaldığından, silah alveri ilə məşğul olan cinayətkarlarla əlaqə yaradır. Bu, Rusiyanın strategiyasında dramatik dəyişikliyə səbəb olacaq. Ən güclü şiə qruplaşması olan Əl-Haşd əş-Şaabinin ixtiyarında olan RPQ-lər və tank əleyhinə raketlər martın 26-da "Salamja” sərhəd-keçid məntəqəsindən İrana aparılıb, orada İran hərbçiləri tərəfindən qəbul edilib və Rusiyaya daşınıb”, - məlumatda deyilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ