
Gələn həftə Avropa Birliyi Gürcüstan və Moldovaya üzvlüyə namizəd statusunun verilməsi üçün doldurulması zəruri olan sorğu anketini təqdim edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi məlumat verib.
Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının rəhbəri sorğu anketini Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim edib.