Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.
Bu barədə dövlət başçısının aparat rəhbərinin müavini Andriy Sibiqa məlumat verib.
"Hazırda Boris Consonun Kiyevə səfəri prezident Zelenski ilə təkbətək görüşlə başlayıb. Britaniya Ukraynanın müdafiə dəstəyinə görə liderdir. Müharibə əleyhinə koalisiyada liderdir. Rusiya təcavüzkarına qarşı sanksiyalarda liderdir", - Sibiqa deyib