SON DƏQİQƏ
» » İsraildə terror aktında ölənlərin sayı artıb

İsraildə terror aktında ölənlərin sayı artıb

Tarix:

8-04-2022, 08:18

/ 1 252 dəfə oxundu.
İsraildə terror aktında ölənlərin sayı artıb

İsrailin paytaxtı Təl-Əvivdə Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən törədilən teror aktı zamanı yaralananların sayı artıb.

Məlumata görə, terror aktı nəticəsində azı 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Yerli tibb mərkəzinin nümayəndələrinin sözlərinə görə, xəstəxanaya səkkiz yaralı yerləşdirilib, onlardan dördü hazırda əməliyyat olunur, həmin zərərçəkənlərin vəziyyəti ağırdır. Daha iki yaralının vəziyyəti orta ağırdır.

"The Jerusalem Post” yazır ki, polis atəş açanların sayının bir neçə nəfər olduğunu hesab edir. Hazırda polis və hərbi hissələr atışmanın baş verdiyi Dizenqof küçəsində, eləcə də ətraf ərazilərdə axtarış aparır. Hücum edənlərin məhv edilib-edilmədiyi barədə məlumat verilmir.

Polis həmçinin hücum zamanı küçədə olan vətəndaşları sığınacaqlarda gizlənməyə, evdə olanları isə çölə çıxmamağa, pəncərələrdən uzaq durmağa və eyvana çıxmamağa çağırıb.

İsrailin Baş naziri Naftali Bennet, müdafiə naziri Benni Qantz, Müdafiə Ordusunun Baş Qərargah rəisi Aviv Koçavi Təl-Əvivdəki hərbi qərargahdadır.

Qeyd edək ki, son günlər İsraildə terror aktlarının sayı artıb. "Atışma hücumu indiyədək 13 israillinin həyatına son qoyan son terror hadisələrinin sonuncusudur", - nəşr qeyd edib. 

Martın 29-da Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücumda beş nəfər həlak olub. Hadisəni törədən silahlı şəxs zərərsizləşdirilib.

Qeyd edək ki, bu, İsraildə bir həftə son həftələr ərzində baş verən dördüncü terror aktıdır. Daha əvvəl - martın 27-də İsrailin Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, habelə 12 israilli müxtəlif dərəcəli ağırlıqda yaralanıb. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində dörd israilli həlak olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ