SON DƏQİQƏ
» » Ukraynadakı müharibə Rusiyaya keçə bilər?- FOTOFAKT

Ukraynadakı müharibə Rusiyaya keçə bilər?- FOTOFAKT

Tarix:

7-04-2022, 13:35

/ 1 816 dəfə oxundu.
Ukraynadakı müharibə Rusiyaya keçə bilər?- FOTOFAKT

Rusiyada müharibə göründüyündən də yaxındır, lakin hakimiyyət əhalini xəbərdar etməyə tələsmir.

Rus ordusu sərhəd bölgələrində artıq fəal şəkildə hərbi əməliyyatlara hazırlaşır. Yerlərdə evakuasiya planlaşdırır, səngərlər qazır və eyni zamanda əhalidən təşvişə düşməməyi xahiş edirlər.

 

Qeyd edək ki, aprelin 5-də Kursk vilayətindəki Sudja sərhəd-keçid məntəqəsi atəşə tutulub. Amma səlahiyyətlilər bu barədə yalnız bu gün məlumat veriblər.

Bu gün Belqorod vilayətində səhər saatlarından etibarən bölgənin bütün məktəblərindən işçilərin və şagirdlərin təxliyəsi elan edilib. İddiaya görə, mina haqqında xəbərlər yayılıb.

Eyni zamanda, bölgələrdə tez-tez partlayış səsləri eşidilir. Rusiyanın sərhədyanı bölgələrində konkret nə baş verdiyi və nəyə hazırlaşdıqları hələ də bəlli deyil.konkret.az

Ukraynadakı müharibə Rusiyaya keçə bilər?- FOTOFAKT

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ