
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ukraynalılara təhlükə barədə xəbərdarlıq edib.
GunAz.az Ukrayna mətbuatına istinadən bildirir ki, Rusiya hakerləri müharibə zamanı hərəkət üçün təlimat adı altında təhlükəli virus göndərirlər.
SBU-nun Donetsk və Luqansk vilayətləri üzrə spikeri Karina Zahidna "Facebook” -da bununla bağlı paylaşım edib:
"Diqqət! Daha bir düşmən saxtakarlığı! Düşmən SBU zabitinin adından Donetsk vilayətinin dövlət sektorunun əməkdaşlarına virus faylı ilə mesajlar göndərir. Yazışmalarda işğalçılar onları guya təlimatları olan faylı endirməyə təşviq edirlər – hesabatda deyilir.
SBU qeyd edib ki, bu yolla dövlət qulluqçularının telefonlarına və kompüterlərinə virus yerləşdirməyə və məxfi məlumatları toplamağa çalışırlar. Ukraynalıları dialoqa getməməyə, naməlum şəxslərdən faylları açıb yükləməməyə, sadəcə yazışmaları silməyə çağırıblar.